Bu dəfə əksi yaşandı: şagirdlər müəllimin başına oyun açdılar – Günahkar göstərildi

"Belə neqativ hallar əsasən məktəbin yaratdığı tərbiyəsizlik mühitindən irəli gəlir"



Belə neqativ hallar əsasən məktəbin yaratdığı tərbiyəsizlik mühitindən irəli gəlir”.

Ölkəmizdəki orta məktəblərin birində biabırçı hal qeydə alınıb. Sosial şəbəkələrdə şagirdin müəllimə əl qaldırması ilə bağlı video görüntü yayılıb.

Görüntülər dərs vaxtı qeydə alınıb. İki şagird müəllimin qabağında rəqs edir. Digər şagird isə müəllimə qarşı xoş olmayan hadisəni çəkir. Rəqs edən şagirdlər müəllimə əl qaldırmaqdan belə çəkinmirlər.

Şagirdlərin bu cür davranış sərgiləməsi təhsil mühitindəki çatışmazlıqlardan xəbər verir. Zaman-zaman müəllimin şagirdə, ya da əksinə şagirdin müəllimə şiddət göstərməsinin şahidi olmuşuq. Hər iki hal yanlış olsa da, təəssüf ki, belə hadisələr yaşanmaqda davam edir. Maraqlıdır, son olayda günahkar kimdi? Belə hala şərait yaradan müəllim, yoxsa övladına düzgün tərbiyə verməyən ailə?

Baş verənlərlə bağlı fikirlərini "Sherg.az”la bölüşən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu bildirib ki, baş verənlərdə müəllimin də müəyyən rolu var:

"Elə müəllim var ki, şagirdlər onun dərsində belə rəzalətə yol verə bilməzlər. Belə hadisələr iki halda baş verir. Uşaqlar bəzi müəllimlərdən çox çəkinirlər. Onlar həmin müəllimin dərsində əsla bu cür işlər görə bilməzlər.

Müəllim də var istəyir ki, sakitcə dərsini keçsin, kimisə incitməsin və şagirdlər dərsdə səs salmasın. Belə neqativ hallar əsasən məktəbin yaratdığı tərbiyəsizlik mühitindən irəli gəlir”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu