ŞƏRH: “ATƏT-in prinsipləri heç bir əhəmiyyət daşımır” - Etibarını itirib





"Qarabağdakı qondarma rejimin danışıqlarda iştirak etməsi Azərbaycanın işğalla barışmağı kimi qiymətləndirilə bilər”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Fuad Heydər deyib.

Gənc politoloq bildirib ki, erməni tərəfinin Azərbaycanın buna razılıq verəcəyini düşünməsi sadəlövhlükdür:

 "Paşinyanın bu cür bəyanatları əvvəlki hakimiyyətin strategiyası olan status-kvonu uzatmağa hesablanıb. Münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT öz etibarını çoxdan itirib. Bu səbəbdən qurumun prinsipləri münaqişə tərəfləri arasında heç bir əhəmiyyət daşımır”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan məsuliyyətsiz bəyanatı ilə növbəti dəfə danışıqlar prosesini pozmaq niyyətini nümayiş etdirib. Paşinyan Qarabağ separatçılarının danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı təşəbbüsünü bir daha dilə gətirib. 

Onun sözlərinə görə, "ərtaflı danışıqlar və nəticənin əldə edilməsi yalnız o vaxt mümkündür ki, Artsax (Dağlıq Qarabağ), nəhayət, onun statusunun müəyyənləşdiriləcəyi və orada yaşayan insanların təhlükəsizliyinə zəmanətin təsbit ediləcəyi prosesə cəlb olunacaq”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu