Elmira Axundova seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar





Mütəmadi olaraq seçicilərini qəbul edib onların problemləri ilə maraqlanan millət vəkili Elmira Axundova bu dəfə isə deputat seçildiyi Masallı rayonunun Bədəlan və Viləş kəndlərində görüşlər keçirib.

"Sherg.az" xəbər verir ki, iki gün davam edən qəbul günündə millət vəkili 70 nəfərə yaxın vətəndaşı qəbul edib, onları dinləyib, problemləri ilə yaxından maraqlanıb.

Qeyd edək ki, millət vəkilinə ünvanlanan müraciətlər əsasən ünvanlı sosial yardım, əlillik dərəcəsinin alınması, müalicə və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir neçəsi isə məşğulluq xidmətinin xətti ilə işlə təmin olunan rayon sakinlərinin əməkhaqqının alınmasında yaranan problemlə bağlı olub. Onlar bildiriblər ki, mart ayının əvvəlindən işlə təmin olunsalar da həmin ay üçün onlara əmək haqqı ödənilməyib. Onlar yalnız aprel ayı üçün əməkhaqqı aldıqlarını bildiriblər.

Yaranmış problemlərin bəzilərini yerindəcə həll edən xanım deputat seçicilərinə, onları narahat edən digər məsələləri isə diqqət mərkəzində saxlayacağını, həmin məsələlərimüvafiq qurumlar qaşısında qaldıraraq onların həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

E.Axundova dağılmaq həddinə çatan, 3 azyaşlı uşağı olan bir ailəyə də baş çəkərək, tərəflərlə söhbətlər aparıb, ər və arvadı boşanma fikrindən daşındıraraq barışığa nail olub. Maddi imkanı çox aşağı olan bu ailəyə 10 ilə yaxındır ki, dəstək olaraq, himayədarlıq edəndeputat bu dəfə də onlara yardım edərək bildirib ki, bundan sonra da öz dəstəyini davam etdirəcək.






Paylaş

Bizi Facebookda izləyin
menu
menu