Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçiriblər




Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.

Trend-in məlumatına görə, aksiyanın əsas təşkilatçısı Azərbaycan- Belçika Dostluq Cəmiyyətidir.

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.

Aksiyada "Cənab Prezident, Avropaya xoş gəlmişsiniz", "Cənab Prezident, Sizi salamlayırıq" və bu kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu