Britaniya XİN-in “tövsiyə"lərinin sadəcə bir adı var: ingilis cığallığı





"Dünyanın hər tərəfində ingilislər özlərinin cığallığı, xüsusən də başqa millətlərin ictimai-siyasi həyatlarına müdaxilə etmələri ilə tanınırlar”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert, tanınmış jurnalist Azər Həsrət deyib.

Ekspert bildirib ki, Britaniya XİN-in "tövsiyə"lərinin sadəcə bir adı var – ingilis cığallığı: 

"Azərbaycanı Londonla müqayisə etsək, görərik ki, İngiltərədə terror aktları daha tez-tez baş verir. Ümumiyyətlə, Azərbaycanda son illər ərzində hardasa terrorun baş verdiyini kimsə deyə bilməz. Çünki ölkəmizdə axır illərdə heç bir terror hadisəsi yaşanmayıb. Ələlxüsus Bakı Londondan daha təhlükəsiz şəhərdir. İngilitərə bunu yaxşı bilir, sadəcə olaraq hegemonluğunu xatırlatmaq istəyir. Dünyada söz sahibi ölkələrdən biri olduğunu gözə soxaraq, qabaqdangəlmişlik edir. Əlbəttə, bunların hamısı boş söhbətlərdir”.

Analitik bildirib ki, Azərbaycan haqqında doğru-dürüst bilgisi olan heç kim belə bir açıqlama verməzdi: 

"Bunun arxasında müəyyən qüvvələrin məkirli siyasəti gizlənir. Azərbaycan uzun illərdir bu cür tədbirlərə ev sahibliyi etməklə standartı yüksək səviyyəyə qaldırıb. I Avropa Oyunlarını, Avroviziya yarışını, İslam Oyunlarını və s. xatırlayaq. Bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycan digər ev sahiblərinin hamısını geridə qoyub, daha yüksək standart müəyyənləşdirib. Təbiidir ki, bu standartlar bir sıra Qərb dövlətlərini narahat edir. 

Ona görə də Azərbaycanda keçirilən bu cür tədbirlərin gözdən salınması üçün dəxli olamayan açıqlamalar verirlər. Buna baxmayaraq, Azərbaycan hər zaman olduğu kimi futbol yarışını da yüksək səviyyədə təşkil edəcək. 

Oyun UEFA tarixində yadda qalan oyunlardan birinə çevriləcək. Gələn qonaqlara, azarkeşələrə yüksək səviyyədə xidmət göstəriləcək. Hətta ölkəmizə ilk dəfə gələnlər sonradan Azərbaycana turist kimi səfər edəcəklər. Dövlətimiz bu oyundan qazanclı çıxacaq. İngilisləri narahat edən də məhz budur”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu