Barmağını qıraraq üzüyünü çıxardı - 80 yaşlı qadını qarət edən gəncə ağır cəza verilib - FOTO





Türkiyədə evinə girdiyi 80 yaşındakı Fikriyə Kayanın barmağını qıraraq, qızıl üzüyü ilə mobil telefonunu oğurlayan qadının keçmiş qonşusu Özkan Aytuğ 13,5 il həbs cəzası alıb.

"Sherg.az” "Milliyət” qəzetinə istinadən bildirir ki, hadisə 16 fevral 2015-ci il tarixində, Ərzurumun Palantökən qəsəbəsində baş verib.

Birmərtəbəli evdə tək yaşayan 6 uşaq anası Fikriyə Kaya, qapısının döyüldüyünü eşitdikdə, yaxınlaşıb açıb. Bu zaman bir kişinin hücumuna məruz qalıb. Yaşlı qadını zopayla hədələyərək ondan 2 ayda bir aldığı 500 lirə təqaüdünü istəyib. Pulun olmadığını anlayanda 80 yaşlı qadını mətbəxə qədər sürüyərək aparıb. Bundan sonra qadının barmağını qıraraq qızıl üzüyü və mobil telefonu götürərək qaçıb.

Sürünərək çölə çıxan Fikriyə Kaya qonşularından kömək istəyib. Qonşular qadını xəstəxanaya çatdırıblar. 80 yaşlı qadının barmağının və burnunun qırıldığı, hər iki qolunun isə çatladığı məlum olub.

Hadisə ilə bağlı araşdırma aparan polis, maskalı oğrunun, qadının keçmiş qonşusu 23 yaşlı Özkan Aytuğ olduğunu müəyyənləşdirib. Polis tərəfindən yaxalanan Aytuğun üstündən yaşlı qadına aid mobil telefon çıxıb. Oğrunun 14 əyarlı qızıl üzüyü isə 70 lirəyə satdığı müəyyənləşib.

Təqsirini qəbul etməyən Aytuğ haqqında Ərzurum 2-ci Ağır Cəza Məhkəməsində cinayət işi açılıb. Hadisəni törətdiyi tarixdə 17 olan Aytuğun, yaşında şübhələr yarandığı üçün xəstəxanaya aparılıb. İstanbul Ədliyyə Tibb Qurumundan məhkəməyə göndərilən sənəddə vəsiqəsində yazılan şadan 2 yaş artıq olduğu üzə çıxıb.

Bundan sonra Aytuğun vəsiqəsindəki 1998-ci il göstərilən doğum tarixi 1996-cı il olaraq dəyişdirilib. Bir müddət həbsxanada qaldıqdan sonra təxliyə edilən Özkan Aytuğ, mayın 7-də məhkəmənin sonuncu qərar prosesində 13,5 il həbs cəzasına məhkum edilib.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu