“Anti-Azərbaycan qüvvələrin alətinə çevrilənlər dövləti və xalqı hədəfə alıblar” - Deputat





Mayın 13-də Brüsseldə 3-4 nəfər anti-milli ünsürün aksiya keçirmək cəhdi bu insanların Azərbaycan dövlətinə və xalqına düşmən münasibətini əyani şəkildə nümayiş etdirir.

"Sherg.az" xəbər verir ki, bu aksiya cəhdi ilə onlar erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi xarici fondlardan aldıqları böyük məbləğdə vəsaitləri yuyurlar.

Kadrlardan da görünür ki, "plintus” səviyyəli, mağara təfəkkürlü bu qaragüruhçular nə qədər cılız, səviyyəsiz, tərbiyə və əxlaqi normaları tam deqradasiyaya uğramış, milli hissiyatını itirmiş və ləyaqət anlayışını unutmuş durumdadırlar.

Onlar Azərbaycan dövlətinin və xaricdəki diasporumuzun erməni işğalına son qoymaq istiqamətində səylərinin zəiflədilməsinə çalışır, buna görə də erməni lobbisinin tapşırıqlarına əsasən dövlətimizi gözdən salmağa çalışırlar.

Onlar Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsindən, dövlətimizin uğurlarından qıcıqlanan və narahat olan ermənilərin sifarişlərini yerinə yetirməklə özlərini sözün əsl mənasında milli xəyanətin zirvəsinə yüksəltdilər.

3-4 nəfər mənəviyyatsız erməni köləsinin etiraz təşkil etmək cəhdi onların iddialarının kimsə tərəfindən dəstəklənmədiyinə əyani sübutdur. Bu adamlar hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən münasibətini artıq gizlətmirlər və pərdələməyə çalışmırlar.

Çox təəssüf ki, erməni puluna öz dövlətini və xalqını gözdən salmağa çalışan bu kimi ünsürlər hələ də tapılır. Onların özlərini azərbaycanlı adlandırmağa mənəvi haqqı yoxdur.

"Soydaş”larımızın addımını dəylərləndirən millət vəkili Rauf Əliyev "Sherg.az”a söyləyib ki, onlar anti-Azərbaycan qüvvələrin sifarişlərini yerinə yetirirlər.

Onun sözlərinə görə, həmin "həmvətən”lərimiz üçün heç bir mənəvi, əxlaqi dəyər, sərhəd yoxdur:

"Hər dəfə şahidi oluruq ki, Azərbaycanda həyata keçirilən mühüm tədbirlər ərəfəsində xaricdə fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr fəallaşır. Və ölkəmizə qarşı "qara piar" kampaniyasına start verirlər. Əvvəlki illərdən fərqli olaraq hazırda Azərbaycana qarşı təşkil olunan bu çirkin kampaniya Avropada yaşayan bir qrup "azərbaycanlı" tərəfindən reallaşır.

Bu ünsürlər Azərbaycan dövləti və xalqı hədəfə alıblar. Anti-Azərbaycan qüvvələrin alətinə çevrilmiş bu ünsürlər respublikamızın düşmənləri ilə əlbir olub vətənimizə qarşı çirkin kampaniyaya qoşulublar. Onların əsas məqsədi ölkəmizdə gərginlik yaratmaq, stabilliyi pozmaqdır. Ancaq bu qüvvələrin arzuları xəyal olaraq qalacaq.

Azərbaycan xalqı müdrik xalqdır, kimin- kim olduğunu çox yaxşı bilir. Xalq öz dövlətinə inanır. Bilir ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək və Azərbaycanı bu yoldan heç bir qüvvə döndərə bilməyəcək".

Ayyət Əhməd

Paylaş

Bizi Facebookda izləyin
menu
menu