“Azərbaycan payıza kimi Ermənistana təzyiqlər etməlidir” - AKTUAL






Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında qısa görüş olub. Bu barədə məlumatı Paşinyan sosial şəbəkədəki hesabında paylaşıb. Baş nazir görüşün Şərq Tərəfdaşlığı tədbiri çərçivəsində baş tutduğunu deyib. Paşinyan növbəti görüşlər barədə konkret planların olmadığını, amma danışıqlar prosesinin davam edəcəyinə əmin olduğunu deyib.

Növbəti qeyri-rəsmi görüşlə bağlı "Sherg.az”a danışan Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, tərəflərin hansısa tədbir fonunda bu şəkildə təması həlledici mərhələ hesab olunmur:

"Bu cür görüşlər etimad mühitinin formalaşmasına və indiki formatda danışıqların davem etdirilməsinə hesablanıb. Ümumiyyətlə, Azərbaycanın belə görüşlərə ehtiyacı olmamalıdır. 

Ermənistan baş naziri qeyri-rəsmi görüşlərə ona görə can atır ki, atəşkəs rejimi stabil qalsın. Həm də daxili auditoreyaya mesaj versin ki, cəbhədə nisbi sakitliyi qoruya bilər”.

Analitik diqqətə çatdırıb ki, payızda Prezident İlham Əliyevlə baş nazir Paşinyanın növbəti görüşü keçirilə bilər:

"Həmin görüş Qərb tərəfindən təşkil olunacaq və "Yenilənmiş Madrid Prinsipləri” üzrə danışıqlar aparılacaq. Lakin Azərbaycan payıza kimi mütləq şəkildə Ermənistana təzyiqlər etməlidir. Çünki Paşinyan və onun havadarı təzyiq görməyincə real danışıqlara getməyəcək”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu