Obama Ruhanidən 19 dəfə görüş istəyib, amma...





İran prezidenti Həsən Ruhaninin, dünən siyasətçilərlə baş tutan görüşündə iştirakçı olmuş, reformist siyasətçi Həmid Rıza Cəlalipur, görüşlə bağlı yazı yazıb. "Sherg.az” İran mətbuatına istinadən bildirir ki, siyasətçi ölkənin rəsmi mətbuat orqanı olan IRNA-da yayımlanan yazısında, Ruhaninin mətbuatda yer almayan çıxışından bəzi hissələri açıqlayıb.

Cəlalipur, Ruhaninin toplantıda neft satışı ilə bağlı dediklərinə toxunaraq, prezidentin – "Dövlət büdcəsində günlük 1.5 milyon barrel neft satışı proqnozlaşdırılsa da, problemlərlə qarşı-qarşıyayıq. Qida istehsalımızla bağlı da problem var. Ölkədə maaşlar bir ayda ən azı 310 milyard tümən (təxminən 80 milyon dollar) edir. Pul çap edərək bu problemlərdən yaxa qurtarmaq olmaz. Hamımız bu reallığa diqqət etməliyik, sadəcə şüar səsləndirməməliyik” – qeydlərini diqqətə çatdırıb.

Ruhaninin, hökumətin qərarlarla bağlı yetərli səlahiyyətinin olmadığını etiraf etdiyini söyləyən Cəlalipur, prezidentin dediklərindən sitat gətirib: 

"Problemin həlli yolunun nə olduğuna baxmalı, bu məsələdə hökumətin nə qədər səlahiyyət sahibi olduğuna diqqət etməliyik. Hökumət xarici siyasəttə nə qədər səlahiyyətə sahibdir? ABŞ-ın sabiq prezidenti Barak Obama, 19 dəfə görüşmək istədiyini bildirdi. Amma prezidentin bu çağırışa təkbaşına cavab vermək ixtiyarı yoxdur”. Cəlalipur bununla demək istəyir ki, Ruhani toplantıda təkbaşına qərar verə bilmək səlahiyyətinin olmadığını etiraf edib.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu