Əslən Borçalıdan olan alim gürcülərin təxribatından DANIŞDI: "Soyuqqanlı olmaq lazımdır !”

“Bu cür təxribatçıların qarşısını almağın yeganə yolu həmin insanların ölkəmizə buraxılmamasıdır”
“Gürcüstanın sağ və solunda türk dövlətləri var. Ona görə də Gürcüstan bir dövlət kimi mövcud olmasında məhz türk dövlətlərinə borcludur”


Gürcülər paytaxt Bakının mərkəzində təxribat xarakterli fotolar çəkiblər. Bununla bağılı sosial şəbəkələrdə də müəyyən görüntülər yayılıb.

Kifayət qədər müzakirələrə səbəb olan bu foto Azərbaycan ictiamaiyyətində , eləcə də Feysbukun Azərbaycan seqmentində sərt təpki ilə qarşılanıb. Hər kəs baş verənlərə müəyyən müdaxilələrin edilməsini və təxribatçıların layiqli cəzalarını almalarını tələb edir.

Baş verənləri "Sherg.az”a dəyərləndirən tarixçi-alim Kərəm Məmmədov bildirib ki, Azərbaycanın qlobal və demokratik ölkə olması o demək deyil ki, bizim ölkəmizdə istədiklərini etsinlər.

Onun sözlərinə görə, demokratik ölkənin birinci funksiyası ölkənin ərazi bütövlüyünü qorumaqdır:

"Bu cür təxribatçıların qarşısını almağın yeganə yolu həmin insanların ölkəmizə buraxılmamasıdır. Azərbaycanın Qafqazda yeganə strateji müttəfiqi Gürcüsütandır. 

Eləcə də Gürcüstanın sağ və solunda türk dövlətləri var. Ona görə də Gürcüstan bir dövlət kimi mövcud olmasında məhz türk dövlətlərinə borcludur. Təbii ki, Gürcüstanda bunu başa düşən sağlam qüvvələr yox deyil.

Bəzən bir din altında tamamilə fərqli etnoslar birləşə bilir. Bu gün kilsəni iddia etməyin özü düzgün deyil. 

Amma mənbələrdə yazıldığı kimi xristianlığı türklərin özünə gətirənlər suriyalılar olub. Bu gün həmin kilsəyə Suriya iddia etsə, gülünc görünməzmi ? Təbii ki, görünər. Ona görə də belə məqamlarda bir az soyuqqanlı olmaq lazımdır”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu