“Aİ ilə Azərbaycan arasında yeni sənəd imzalanmayacaq” - Ölkəmiz imtina edib





"Avropa İttifaqı ilə Azərbaycan arasında hələlik yeni sənəd imzalanmayacaq”.

"Sherg.az”ın məlumatına görə, bunu feysbuk səhifəsində Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov yazıb.

Analirik vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. 

Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb: 

"Nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib. Bundan əlavə bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən "Şərq tərəfaşlığı”ına daxil olan "ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə Tbilisi və Kiyev bəyannamədə "Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər”.

İsmayıl



Paylaş
Bizi Facebookda izləyin
menu
menu