FETÖ-nun şok planı - Ərdoğanı narkozun təsirindəykən həbs edəcəklərmiş





İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu, FETÖ mənsublarının 7 fevral 2012-ci ildə Milli Təhlükəsizlik Qurumunun (MİT) rəisi Hakan Fidan və 4 MİT vəzifəlisinə tələ qurularaq ifadə vermək üçün prokurorluğa çağrılmaları ilə bağlı aparılan istintaq hərəkətində yenilik ortaya çıxarıb. Büro hazırda həbsdə olan, şübhəli Ərcan Gün haqqında iddianamə hazırlayıb.

"Sherg.az” Türkiyə KİV-ə istinadən bildirir ki, Baş Prokurorluqda təsdiqlənən iddianamədə, hazırda "Hrant Dink cinayəti” ilə əlaqədar həbsdə olan Ərcan Gün haqqında "silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə 7,5 ildən 15 ilə qədər həbs cəzası istənilir. İddianamədə bildirilir ki, şübhəli istintaqa verdiyi ifadəsində, terror təşkilatı ilə hansısa əlaqəsinin olmadığını, FETÖ-nun şifrəli mesajlaşma proqramı "ByLock”dan istifadə etmədiyini söyləyərək, təqsirsiz olduğunu bildirib.

Amma iddianamədə qeyd olunur ki, Gün haqqında dəlillərlə onun istintaqa verdiyi ifadədə uyğunsuzluqlar aşkarlanıb. Dəlillər göstərir ki, Ərcan Gün istintaqa verdiyi ifadəsində yalan danışır, cinayətdən sıyrılmaq istəyir.
Belə ki, Günün istifadə etdiyi hər iki telefonda "ByLock” mesajlaşma proqramı tapılıb. Araşdırma nəticəsində məlum olub ki, şübhəli telefonundakı "ByLock”dan 8 noyabr 2014-cü illə 4 iyul 2015-ci il tarixləri arasında, ikinci dəfə isə 11 avqust 2014-cü illə 24 sentyabr 2014-cü il tarixləri arasında istifadə edib.

Əvvəlcə Hakan Fidan, sonra isə...


Arxivdə aparılan araşdırmada, Ərcan Günün istifadə etdiyi telefon nömrəsiylə FETÖ-nun yüksək idarəçiləri olaraq adlandırılan qrupla 100 dəfədən çox əlaqədə olduğu müəyyənləşib. İddianamədə şübhəlinin, "Fəza Qəzetçilik AŞ”da 2004-2007-ci illər arasında qeydiyyatının olduğu, FETÖ lideri Fətullah Gülənin təlimatı ilə "Asiya” Bankındakı hesabına 109 min Türkiyə lirəsi köçürüldüyü məlum olub. Halbuki bu rəqəm Günün maaşı ilə uyğun gəlmir.

FETÖ-nun "ictimaiyyət nümayəndələri mənsubları” vasitəsilə 7 fevral 2012-ci ildə MİT rəisi Hakan Fidana və 4 MİT vəzifəlisinə zəng edərək Baş Prokurorluğa ifadələri alınmaq üçün çağırıldıqları bildirilib. Bu çağırışın da o vaxt Türkiyənin baş naziri olmuş, hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın cərrahi əməliyyat zamanı ilə üst-üstə düşdüyü bildirilən iddianamədə, baş nazirin əməliyyata gec girməsi ilə qurulan oyunun baş tutmaması vurğulanır.

Baş Prokurorluğun təsdiqlədiyi iddianamədə o da bildirilir ki, həmin vaxt Hakan Fidan həbs olunacaqmış. Daha sonra, Ərdoğan əməliyyata görə verilən narkozun təsirində olarkən, həbsə alınacaqmış. Sənəddə, qurulan bu tələnin FETÖ-nun seçilmiş Türkiyə hakimiyyətini yıxmağa yönəlik ilk təşəbbüs kimi dəyərləndirilib.

Gülənin də daxil olduğu 12 nəfərlik "konsey”in "hə” qərarı


İddianamədə o da qeyd olunub ki, istintaq hərəkəti zamanı, bu hadisələrin yaşandığı dönəmdə İstanbulun polis rəisi olan Yunus Doların da ifadəsi alınıb. Sabiq rəis Dolar ifadəsində qeyd edib ki, 7 fevral tələsi baş verib, Hakan Fidan ifadə vermək üçün çağrıldıqdan sonra narahat olub. Buna görə də Dolar, keçmişdən tanıdığı, "Zaman” qəzetinin polislə bağlı xəbərlərini yazan, daha sonra "FOX TV”də işləyən, FETÖ üzvü olduğunu bildiyi Ərcan Gündən MİT rəisinin ifadəyə çağırılması məsələsi haqqında soruşub. Gün də ona bildirib ki, MİT rəisinin Baş Prokurorluğa çağırılması qərarı Amerikada verilib. Gün Dolara danışıb ki, Amerikada təşkilat lideri 

Fətullah Gülənin də daxil olduğu 12 nəfərlik İdarə Heyəti toplanaraq Hakan Fidanın həbsi məsələsini müzakirə ediblər. Müzakirədən sonra MİT rəisinin Baş Prokurorluğa çağrılması və ya çağrılmaması səsverməyə qoyulub. 3 heyət üzvü əleyhinə olsa da, Fətullah Gülən daxil 9 üzv lehinə olub.
İddianamədə Doların, Ərcan Gün ilə aralarındakı bu söhbətləşmədən sonra, vəziyyəti aydınlaşdırmaq üçün, həmin dönəm FETÖ-nun "Marmara polis imamı” olan, kod adı "Arif” olan şəxslə görüşdüyü, Günün dediklərinin doğruluğunu müəyyənləşdirdiyi də qeyd olunub. Bütün bu dəlillərlə Baş Prokurorluq hesab edir ki, Ərcan Gün dövlət çevrilişinə cəhddə şübhəlilərdən biridir.

Anar Bayramoğlu

Paylaş
Bizi Facebookda izləyin
menu
menu