Fransada polisin saxladığı şəxslərin sayı rekord həddə çatıb





Fransada polisin saxladığı şəxslərin sayı rekord həddə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Fransanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bu il aprelin 1-nə ölkədə polisin saxladığı şəxslərin sayı 71 828 nəfərə çatıb. Bunların 50 976 nəfərinə həbs cəzası verilib.

Qeyd edək ki, 2018-ci ilin aprel ayında ölkə ərazisində saxlanılan şəxslərin sayı 70 min nəfər olub. Ümumiyyətlə, 2011-ci ildən Fransada tutulan şəxslərin sayı artır. Növbəti beş ildə cəzaşəkmə məntəqələrində 7 min əlavə yerin yaradılması nəzərdə tutulur.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu