Avropalılar Müslüm Maqomayevin mahnısını ayaq üstə dinlədilər

Monakoda izdihamlı konsert baş tutub


 Azərbaycanın Xalq artisti Emin Ağalarov Monakoda verdiyi konsertdə ölməz Müslüm Maqomayevin əfsanəvi "Sinyaya veçnost" ("Mavi əbədiyyət") hitini ifa edib. Sputnik Azərbaycan Ağalarovun mətbuat xidmətinə istinadla xəbər verir ki, Monakoda onunla birlikdə səhnəyə Rusiyanın Xalq artisti Valeriya, Ukraynanın Xalq artisti Ani Lorak və Rusiyanın Əməkdar artisti Valeri Meladze də çıxıb.

Sözügedən artistlər ilk dəfə eyni səhnədə birləşərək özlərinin ən yaxşı kompozisiyalarını və duetlərini təqdim ediblər. Tam dolu olan zal qonaqları hərarətlə qarşılayıb. Müğənnilərin hər biri yarım saat ərzində canlı ifalar ediblər.

Bundan başqa, Emin Ağalarov və Ani lorak "Ya ne moqu skazat", Valeriya və Valeri Meladze "Ne teryay menya", Valeriya və Sofiya "Tı moya" duetlərini oxuyublar. Ağalarov konsertdə "Boomerang", "Still", "Woman", "Sinyaya veçnost", "Ya luçşe vsex jivu", "Naçistotu", "Sbejim v Baku", "Good Love" sinqllarını ifa edib.

Onun ifasında ölməz Müslüm Maqomayevin əfsanəvi "Sinyaya veçnost" hitini bütün zal ayaq üstə dinləyib. Bu unikal konserti "Berin Iglesias Art"ın dəstəyi ilə SBM (Société des bains de mer de Monaco) komandası təşkil edib. "Berin Iglesias Art", eyni zamanda mayın 3-də Dubayda "Jara" festivalının təşkilatçısı olub.

Emin Ağalarovun beynəlxalq qastrolları bu konsertlə yekunlaşmayıb. O, iyulun 10-da Vitebskda solo konsert verəcək. İyulun 21-də Yurmalada Layma Vaykulenin festivalına qatılacaq. İyulun 25-dən 28-dək isə o, Bakıda "Jara" festivalında iştirak edəcək.

Emin Ağalarov "World Music Awards", "Azərbaycandan olan ən yaxşı ifaçı", "Qızıl qrammafon", "MUZ-TV Mükafatı" və bir çox digər beynəlxalq mükafatların laureatıdır. Müxtəlif ölkələrdə konsertlərlə çıxış edir. Müğənninin musiqi daxılında doqquz ingilisdilli albom, Warner Music və Sony ATV Music Publishing kimi aparıcı şirkətlərlə müqavilə də var. Ağalarov, həmçinin Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalının təşkilatçısıdır.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu