Xamenei: Tehran nüvə sazişi üzrə ABŞ-la danışıqlar aparmayacaq





İran nüvə sazişi üzrə ABŞ-la danışıqlar aparmayacaq.

Trend-in məlumatına görə, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xamenei öz Twitter səhifəsində yazıb.

Ə.Xamenei bildirib: "Heç bir müdrik iranlı öz güclü tərəfləriylə ticarət etməyəcək. Sözsüz, bizim müdrik insanlarımızın heç biri danışıqlara cəhd etmir".

Ali Lider qeyd edib ki, söhbət bir sıra məsələlərdən, həmçinin İranın müdafiə silahı və Yaxın Şərqdə Tehranın rolundan gedir.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu