“3-4 ünsürün sərsəmliyi Azərbaycan- Aİ əlaqələrinə təsir göstərə bilməz”





"Onların təqdim etdikləri Azərbaycanla, real Azərbaycan arasında inanılmaz, diametral fərq var”.

Bunu "Sherg.az”a açıqlamasında "Qhtxeber.az” saytının baş redaktoru Sənan Nəcəfov deyib.

"Anti-Azərbaycan qüvvələr nə istəyir?” sualını cavablandıran baş redaktor bildirib ki, sualın cavabı elə özündədir, sadəcə bunu yazıb, Erik From demiş, nöqtəni qoyardıq, oxucular da gülərdi. Amma bəzi detallar var ki, aydınlıq gətirmək lazımdır:

"Bildiyimiz kimi, Avropa İttifaqının "Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Ali toplantıda Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmadığı üçün Azərbaycan tərəfi sənədi imzalamaqdan imtina edib. Açıqlamalara görə sənədin bəzi detallarına Ukrayna, Gürcüstan da etiraz ediblər. Lakin bu iki ölkənin nümayəndə heyəti ərazi bütövlüyünün bəyannaməyə salınmasında Azərbaycan nümayəndə heyəti qədər israrlı olmayıb. Halbuki xaricdə gizlmiş bir keçmiş diplomat tam əks məsələni sosial şəbəkələrdə dövriyyəyə buraxmışdı. Bu gün ağzının üstündən tərs şillə vuruldu”.

S.Nəcəfov vurğulayıb ki, bu məlumatı ilk yayan Azadlıq Rasdiosunun Avropa Bürosu olub. Məlumatda açıq qeyd edilirdi ki, Avropa İttifaqı ölkələrinin və "Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalanması məhz Azərbaycanın tələbi ilə baş tutmayıb:

 "Azərbaycana qarşı kampaniyada media ruporu rolunu oynayan radio bunu etiraf edib. Amma görün bu radio nədə ikili yanaşmasını göstərib. Radionun açıqlamasında qeyd olunur ki, söhbət Dağlıq Qarabağdan gedir. Haradaki, 90-cı illərdən Ermənistan tərəfindən dəstəklənən tanınmamış hökumət rəhbəlik edir. Təsəvvür edirsiniz? Bunu Azadlıq radiosu yazır, bu qədər həyasızcasına! Nə Ermənistan tərəfdən işğal olunmuş torpaqlar söhbəti, nə etnik təmizləmə, nə 1 milyon qaçqın və məcburi köçkün. Yalnız Ermənistan tərəfdən dəstəklənən tanınmamış hökumət. İndi özünüz qiymət verin. Bir tərəfdə Avropa sənədini imzalamaqdan ərazi bütövlüyü məsələsinə görə imtina edən Azərbaycan rəhbəri, digər tərəfdə anti-Azərbaycan şəbəkəsi, düşmənlər və onlara quyruq bulayan orduxan və onun kimi ləyaqətini, şərəfini başqa ölkələrə satmış xəyanətkarlar. Mənzərə bu qədər aydındır”.

Baş redaktorun sözlərinə görə, yaxın keçmişdəki 3 ilin statistikasına baxsaq, görərik ki, ölkədə olduqca vacib, əhəmiyyətli beynəlxalq tədbir, görüş, habelə Avropa İttifaqı və digər beynəlxalq nüfuzlu qurumlarla qarşılıqlı əməkdaşlığa bağlı hər hansı tədbir keçirilməsi ərəfəsində bu ünsürlərin, anti-Azərbaycan şəbəkəsinin "şayba” və "bolt”larının rəhbərlərindən sank "fas” komandası gəlir:

 "Hətta 20 yanvar faicəsi, Xocalı facisənin ildönümləri, dünya azərbaycanlılarının soyqırım günü, Şuşanın işğalının ildönümü ərəfəsi yaramazlıqları, həyasızlıqları, şivənləri ərşə bürünür. Məqsəd, öz taktikalarına uyğun olaraq ya diqqəti Azərbaycandan uzaqlaşdırmaq, ya da bütün diqqəti məhz Azərbaycana cəlb etmək olur. Təkrar edirəm, hər şey sifarişə uyğun nizamlanır. İndi 3-4 gədə-güdənin atdanıb-düşməsi, özlərini biabır etməsinə də bu prizmadan baxmaq lazımdır. Ölkəmizin imici, qazanılan istənilən uğur xaricdəkiləri, düşmənləri və rəqibləri ciddi narahat edir. Avropa Birliyi ilə bağlanacaq saziş isə bütün ümidlərinin üstündən xətt çəkəcək. Niyə narahat olmasınlar? Onların təqdim etdikləri Azərbaycanla, real Azərbaycan arasında inanılmaz, diametral fərq var. Təbii ki, onlar inkişaf etmiş Azərbaycanın olmasında maraqlı deyillər”.

Sayt rəhbəri vurğulayıb ki, 3-4 ünsürün sərsəmliyi, xəyanəti, qara-qışqırığı Azərbaycanla Avropa Birliyi əlaqələrinə heç bir təsir göstərə bilməz: 

"Sadəcə bunlar üçün müqəddəs heç nə qalmayıb. Belələri üçün isə ləyaqət, mənlik hiss yaddır. Və bu fəaliyyətin, şou və qarayaxmanın isə demokratiya, siyasət və müxalifətçilik deyilən məvhumlara heç bir aidiyyatı yoxdur. Sadəcə sinxron qarayaxma kampaniyası gedir, erməni sifariş verir, Orduxan və şaykası cumur. Məşhur lətifədə deyildiyi kimi, cumub nə edəcəklər ki?”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu