Sumqayıtda 30 tələbəyə "Bələdiyyə" təqaüdü veriləcək




Sumqayıt Dövlət Universitetində (SDU) ali təhsil müəssisəsinə ayrılmış kvotaya uyğun olaraq təqaüd alacaq tələbələrin sayı açıqlanıb.
ONA-nın yerli bürosunun məlumatına görə, 560 tələbənin hər biri 100 manat tələbə təqaüdü alacaq.
Bununla yanaşı, "Bələdiyyə” təqaüdü alacaq tələbələrin də sayı məlum olub. Belə ki, universitetin 30 əlaçı tələbəsi bu təqaüdə layiq görülüb və hər birinə 100 manat veriləcək.
Ümumilikdə, təqaüd alacaq tələbələrin sayı 590 nəfərdir.
Qeyd edək ki, "Bələdiyyə” təqaüdünün verilməsi ilə bağlı qərar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu