Türkiyənin “Yeni Hərbi Sistem”i sabah Ərdoğana təqdim ediləcək




Türkiyənin Müdafiə naziri Hulusi Akar tərəfindən hazırlanmış "Yeni Hərbi Sistem” Prezident Rəcəb Tayyib Ərdoğana təqdim ediləcək.

ONA "CNN Türk”ə istinadla xəbər verir ki, bu məqsədlə H.Akar yeni təkliflər paketini sabah yerli vaxtla saat 14:00-da Prezident sarayında Ərdoğana şəxsən təqdim edəcək.

Müdafiə naziri tərəfindən ətraflı şəkildə izah ediləcək "Yeni Hərbi Sistem” Ərdoğan tərəfdən dəstəklənərsə, iki həftə ərzində parlamentə göndəriləcək.

Bildirilir ki, belə olan halda Böyük Millət Məclisi yeni təklifləri iyunun 23-dək - İstanbul bələdiyyə seçkisindən öncə qəbul edilməlidir.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu