Nəsili tükənmişdi, uca bilən ən böyük quş tapıldı




Türkiyənin Eskişehir bölgəsində bir tarlada nəsili tükənməkdə olan yaşıl quşu yaralı halda tapıblar.
Sherg. az türk mediasına istinadən xəbər verir ki, Çiftələr qəsəbəsində məskunlaşan iki dost - Dəniz və Engin tarlada yaşıl quşu halsız vəziyyətdə görüblər.



Uca bilən ən böyük quş növü olaraq tanınan və nəsili tükəndiyi üçün qoruma altına alınan yaşıl quşu Çiftələr Mahal Əkinçilik müdirliyinə aparıblar. Araşdırma zamanı elektrik dirəyinə ilişdiyi üçün sağ qanadı və boyundan yaralandığı təsbit edilən quş, müayinə olunmaq üçün Afyonkarahisar Baytarlıq fakültəsinə göndərilib.
Təxminən 16 kilo ağırlığında olan yaşıl quşun müayinə edildikdən sonra təkrar təbiətə buraxılacağı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu