“Bu cür aksiyalar dövlətə və milli maraqlarımıza qarşıdır”






"Prezident İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla, Belçikalıların kralı əlahəzrət Filiplə görüşdü”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ölkə rəhbəri hər iki görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək, Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı:

"Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu.

Prezidentin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi. Bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması , torpaqlarımızın işğaldan azad olunması istiqamətidə atılan mühüm addımlar kimi qiymətləndirilməlidir.

Ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar antiazərbaycançı mərkəzləri narahat edir. Təəssüf ki, bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər.

Özünü Azərbaycanlı hesab edən heç bir kəs ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamalıdır. Çünki Prezdentin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil, dövlətə, milli maraqlarımıza qarşıdır”.

H.Babaoğlu vurğulayıb ki, belə mövqe milli davamıza, maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir:

"Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar. Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərdən, beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır. Ancaq vətəndaşlıq məsuliyyəti və milli təssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər.

Bu, yolverilməzdir və Qarabağ davasına xəyanətdir. Bu cür insanların Azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur . Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik. Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hans bir addım atmamalıyıq”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu