Pires Bakıda səhər yeməyi yeyib “Arsenal” fanatlarına çağırış etdi




Fransa millisinin və İngiltərənin "Arsenal” klubunun sabiq futbolçusu Rober Pires mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı ilə əlaqədar çağırış edib.

Oxu.Az xəbər verir ki, London klubunun səfiri olan Pires "Arsenal”ın fanatlarına səslənib və onları Bakı Olimpiya Stadionunda "Çelsi” ilə keçiriləcək final matçına dəvət edib:

"Arsenal” fanatları. Mən Bakıdayam. Hazırda səhər yeməyi yeyirəm. İkinci dəfədir ki, Bakıda oluram. Burada hər şey möhtəşəm Avropa Liqasının final matçına hazırdır. Sizi burada gözləyirik”.

Qeyd edək ki, Rober Pires 2000-2006-cı illərdə "Arsenal”da çıxış edib. O, "topçular”la İngiltərə Premyer Liqasında 189 oyun keçirib və 62 qola imza atıb.

Xatırladaq ki, bundan əvvəl "Çelsi”nin sabiq futbolçusu, hazırda "Səbail” klubunda çıxış edən qanalı futbolçu Maykl Esyen analoji çağırış etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu