Lukaşenkodan icra qurumlarına seçki tövsiyyəsi: “Tənqidlərə sakit yanaşmaq vacibdir”





Belarus prezidenti Aleksandr Lukaşenko yerli icra orqanlarına payızda keçiriləcək parlament seçkilərinin və 2020-ci ildə baş tutması nəzərdə tutulan prezident seçkilərinin laiqli şəkildə təşkil olunması üçün tövsiyyə verib.

"Sherg.az” Rusiya KİV-ə istinadən bildirir ki, bu haqda Lukaşenkonun mətbuat xidməti məlumat verib.

Belarus lideri yerli hakimiyyət orqanlarına çağırış edərək deyib ki, seçkiqabağı təşviqatların hazırlanmasına ciddi yanaşılmalıdır.

Lukaşenko xatırladıb ki, indi Belarusda Sovet İttifaqı dövründə olduğu kimi seçki kampaniyalarının təşkilini həyata keçirəcək heç bir partiya yoxdur:

"Ona görə də məsuliyyət yerli icra orqanlarının nümayəndələrinin üzərinə düşür. İnsanlarla normal davranmaq lazımdır. Tənqidlərə sakit yanaşmaq vacibdir. İnsanlar həmişə hakimiyyəti tənqid edib. Bundan sonra da tənqid edəcəklər. Amma buna səbrlə yanaşmaq lazımdır”.

Lukaşenko, siyasi oyun planlamadığını söyləyərək, hər iki seçkilərdə təşviqat kampaniyasının qanun və ölkənin konstitusiyasına uyğun aparılacağını qeyd edib.

Qeyd edək ki, aprel ayında Lukaşenko Belarusda prezident və parlament seçkilərinin vaxtını açıqlayıb. Prezident seçkiləri 2020-ci ildə keçiriləcək. Bu ilin payızında isə parlament seçkiləri olacaq. Dəqiq səsvermə tarixləri isə hələlik bilinmir.

Anar

Paylaş

Bizi Facebookda izləyin
menu
menu