“Bu adamların hərəkətləri vətənə xəyanətdir”





"Özlərini azərbaycanlı adlandıran, Vətənin, millətin qayğısına qalırmış kimi özlərini qələmə verməyə çalışan bu adamların hərəkətini sadəcə, vətənə xəyanət kimi qiymətləndirirəm”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Kənan Paşayev deyib.

Analitik bildirib ki, Brüssel səfəri, ümumiyyətlə, bu tipli xarici səfərlər ölkəmiz üçün çox önəmlidir: "Xarici əlaqələrin genişlənməsi, ölkəmizin Avropaya inteqrasiyası belə görüşlərin nəticəsidir. 

Xaricdəki üç-beş şəxs bu addımı səfəri pərdələmək və görüş haqqındakı müsbət rəylərin üstünü örtmək üçün atıblar. Bu cür müsbət hallar özlərini "müxalifət” adlandıranları, daha doğrusu əmr aldıqları qüvvələri dərindən hiddətləndirdiyi üçün belə hallarla qarşılaşırıq. 

Ümumi nəzər yetirsək, son zamanlar anti-milli qüvvələrin daha da fəallaşdığını müşahidə edə bilərik. Bunun səbəbi dövlət başçısının rəhbərliyi ilə atılan uğurlu addımlar, dərinləşdirilən islahatlar və ölkəmizin bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir. Adı çəkilən ünsürləri daha dərindən narahat edən bir digər fakt isə görülən işlər nəticəsində xalq-iqtidar birliyinin daha da möhkəmlənməsidir”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu