Girovun bacısı: “Şahbazın vəziyyəti...” - GİLEY





"Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı bildirdi ki, Şahbazın vəziyyəti normaldır”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilən Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib:

O qeyd edib ki, Onlar Şahbazdan heç bir məktub almayıblar:

"Beynəlxalq Qızıl Xaç Komitəsindən xəbər verdilər ki, vəziyyəti yaxşıdır. 1 ay əvvəl qardaşıma məktub yazmışıq. Hələ ki, heç bir cavab yoxdur”.

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. 

Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu