Şok mesajlar: "Ərimin yaxasını burax" - FOTOLAR





 Şou-biznes dünyası ilin ən hərarətli eşq üçbucağının söz-söhbətiylə çalxalanır. Radaronline.com saytının iddiasına görə, Hailey Baldvinlə evli olan Castin Bieber, bir zamanlar böyük eşq yaşadığı Selena Qomesdən heç cür ayrıla bilmir.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, Castin Bieber maneken həyat yoldaşı Hailey Baldvin və keçmiş sevgilisi Selana Qomez üçbucağında əməlli  başlı gərilmiş vəziyyətdədir. Hailey Baldvinin, həyat yoldaşının bir müddətdir Selena Qomezlə mesajlaşdığının fərqində olduğu iddia edilir. Mesajlaşmaya dözə bilməyən 22 yaşlı model, Qomezə ulaşıb və ərindən uzaq durmasını söyləyib. 





Bu arada yeni filmi "The Dead Don't Die"nin  təqdimatı üçün Cannesdə olan Selena Qomezin, Hailey Baldvinin bu sözlərinə qəhqəhələrlə cavab verdiyi bildirilir. Üçlüyə yaxın qaynaqlarin məlumatına görə, Selena Qomez keçmiş eşqinin onu hər vaxt sevdiyindən və sevəcəyindən əmindir. Hətta 26 yaşlı amerikalı müğənni həmkarı Bieberin, keçən il evləndiyi Baldvini buraxıb, ona dönəcəyini düşünür. Bir çox adam, Castin Bieber - Hailey Baldvin cütlüyünün birdən başlayan və evliliyə gedən əlaqələrinin çox uzun ömürlü olmayacağı fikirində birləşir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu