Tələbənin ayağı 40 tonluq iş maşınında əzildi





Bursanın Gemlik qəsəbəsində universitet tələbəsi Selin Varın (20) təcrübə keçdiyi məkanda 40 tonluq iş maşınıyla ayağı əzildi. Xəstəxanaya aparılan Varın ayağında qırıqlar olduğu bildirilir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, ikinci kurs tələbəsi Selin Varın ayağı 40 tonluq iş maşınıyla əzilib. Xəbər verilən kimi fabrik həkimləri və sağlamlıq vəzifəliləri gənc qıza ilk müdaxiləni hadisə yerində ediblər. Qan axması dayandırılan Var daha sonra təcili yardımla Gemlik dövlət xəstəxanasına çatdırılıb. Ayağında 2 qırıq olan Selin Var cərrahiyyə əməliyyatı üçün Uludağ Universitetinin xəstəxanasına sövq edilib. Polis, hadisə ilə əlaqədar istintaqa başlayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu