İranın Ordu Komandanı: “Düşmən strateji səhv edərsə, çox peşman olacaq”





"Düşmən strateji səhv edərsə, çox peşman olacaq”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İslam Respublikası Ordusunun Komandanı Əbdürrəhim Musəvi deyib.

Ə. Musəvi İran ordusunun hazırlıq vəziyyətinin yüksək olduğunu bildirib: "Ordu qüvvələrinin hazırlığı, ayıqlığının qorunması və artırılması qaçılmazdır. Çünki bu amil düşmənin hədələrinin qarşısını alır”.
O qeyd edib ki, İran Silahlı Qüvvələri son illərdə çox önəmli bacarıqlar əldə edib: "İran xalqı əmin olsun ki, ordu qüvvələri son damla qanlarına kimi İran İslam Respublikasının milli mənafeyini və təhlükəsizliyini qoruyacaq. İran ordusu həmişə hazırlıq vəziyyətindədir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu