Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib




Prezident İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

"Shergh.az" xəbərinə görə, məktubda deyilir:

Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu