Səhər Əhmədin şeirinin misraları oğurlandı: “Bir kitabının da adı Nüsrət Kəsəmənlinin misrasındandır” - FOTO




Şairə Səhər Əhməd şeirinin oğurlandığını iddia edir. Sherg.az-ın xəbərinə görə S.Əhməd bildirib ki, şairə Gülayə Şınıxlı, onun 1990-cı illərdə yazdığı şeirdən bəndi oğurlayaraq böyük bir şeir yazıb.

Çap etdirdiyi kitaba da, həmin misralardan ad qoyaraq kitab çap etdirib. Və həmin şeir Türkiyədə mükafat qazanıb:

"Belə olmaz, vallah olmaz. Adamın illər öncə yazdığı misraları götürüb üstündə palaz şeir yazırlar, həmin misranı kitabın adına qoyub özəlləşdirirlər. Bu da yetmir, gedib Türkiyədə o misralarla ödül qazanırlar. Əlbəttə, burda Səhər Əhməd kimdi, Gülayə Şınıxlı kimdi, tanınır, amma Türkiyədə yox. Məni qınasaz da etiraf edim ki, hirslənirəm. Elə bil övladını qaraçılar oğurlayıb küçədə diləndirir, sübut edə bilmirsən. Şairəmiz bir misramdan 10 bəndlik şeir hazırlayıb. İndi eşidirəm ki, bir kitabının da adı Nüsrət Kəsəmənlinin misrasıdı. Tutaq ki, mən sağam, görürəm, bəs Nüsrət Kəsəmənlinin, onlarla başqalarının talan olan yaradıcılığı?”.

Anar


Paylaş

Bizi Facebookda izləyin
menu
menu