Novxanıda yanğın: 5 nəfər xilas edildi




Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, "Land Rover” markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin ikinci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu