Ukrayna prezidenti parlamenti buraxdı




Vəzifəsinin icrasına başlamış Ukraynanın yeni prezidenti Vladimir Zelenski parlamenti vaxtından əvvəl buraxdığını elan edib. 

ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə o, parlamentdə çıxışı zamanı deyib.

"Mən 8-ci çağırış Ali Radanı buraxıram. Yaşasın Ukrayna”,- deyə o bildirib.
Qeyd edək ki, bu gün Ukrayna prezidenti Vladmir Zelenskinin inauqurasiya mərasimi keçirilib.
Ukraynada növbəti parlament seçkiləri bu ilin payızında keçirilməli idi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu