“Sabitlik və turizm imkanlarının genişliyi ölkəmizi xaricilər üçün cəlbedici edir”





"Son vaxtlar qəbul edilən qərarlar iqtisadi sferada iqtisadiyyatın bütün sahələrində inkişafa təkan verir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında turizm məsələləri üzrə ekspert, iqtisadçı Elxan Vəliyev deyib.

Ekspert bildirib ki, bütün dünyada turizm üçün ən əsas şərt sabitlik və əmin-amanlıqdır:

"İndi heç kim araşdırmamış, ölkənin vəziyyətinə bələd olmamış, ayağını qapıdan çölə atmır.Məlumdur ki, hansı ölkədə daxili qarşıdurma və ya xarici müdaxilə, ümumən təhlükəli vəziyyət yaranırsa, hökumət vətəndaşlara həmin ölkələrə səfər etməməyi məsləhət görür. Azərbaycan isə artıq sabit ölkə kimi tanınır”.

E.Vəliyev qeyd edib ki, turizm imkanlarının genişliyi, ölkəmizi xaricilər üçün cəlbedici edir:

"Xaricilərin ölkəmizə marağının artmasının əsas səbəblərindən biri ölkədəki daxili stabillik, təhlükəsiz şəraitin mövcudluğudur. TuristlərAzərbaycanda özlərini tam təhlükəsiz, rahat hiss edirlər. İkinci amil, son illər Azərbaycan hökumətinin turizm sektorunun inkişafı üçün lazımi addımlar atmasıdır. Azərbaycanda gözəl turizm infrastrukturu var”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu