Kürdəmirdə faciə - Ata avtomobillə azyaşlı qızını vuraraq öldürdü



Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu