İcra başçısı girovun oğlunu evinə dəvət etdi: "Kişi kimi söz verdi ki..."




Şəmkirin icra başçısı Alimpaşa Məmmədov öz evində Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovu qəbul edib. Görüş zamanı Kürdoğlu Əsgərovun icarəyə götürdüyü torpaq sahəsi ilə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, K.Əsgərovun 5 il bundan qabaq Şəmkirdə icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Buna görə dəfələrlə müraciət edilsə də, icra hakimiyyəti müqaviləni yeniləmirdi.

Görüş barədə "Sherg.az”a danışan Kürdoğlu Əsgərov bildirdi ki, Alimpaşa Məmmədov məsələnin həllinə dair ona söz verib:

"Alimpaşa müəllim məni olduqca səmimi qarşıladı və söhbətimiz oldu. Görüş zamanı müqavilənin vaxtını artırmaq istədiyimi bildirdim. O mənə dedi ki, bunun üçün gərək 4 nazirliyə rəsmi şəkildə müraciət ünvanlasın. Həmin nazirliklərdən müsbət rəy aldıqdan sonra ərazinin yenidən mənə qaytaracağına kişi kimi söz verdi. Həmin nazirliklər Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FHN-dir.

Alimpaşa müəllim bildirdi ki, bu nazirliklərdən müsbət rəy aldıqdan sonra Şəmkir Rayon İcra Hakimiyyətində həmin ərazi rəsmi şəkildə mənim adıma qeydiyyata alınacaq. Mən də fürsətdən istifadə edib ölkə başçısı, cənab Prezidentdən xahiş edirəm ki, nazirliklərə müvafiq tapşırıq və göstərişlər versin ki, ərazi yenidən mənim istifadəmə verilsin”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu