“Qırmızı Körpü” gömrük postunun rəisi işdən qovuldu - Vətəndaşın əşyaları özünə qaytarılıb




Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident barədə məlumat yayıb.

İdarədən bildirilib ki, Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat araşdırılıb.

"Qeyd edək ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə "Qırmız Körpü" gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub. Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib".

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu