Radikal müxalifətin ölkədə sosial dəstəyi yoxdur - Ümid yeri xaricdəki mühacir qruplar idi ki, onu da itirirlər

"Xaricdə Azərbaycanla bağlı qeyri-senzuralı təbliğat aparan müəyyən radikal qruplar içində liberallaşma meyli var"


"Xaricdəki radikal qruplar xeyli dərəcədə yumşalmağa başlayıblar. Bu isə Azərbaycandakı radikal müxalifətə xoş deyil”.

Bu sözləri "Sherg.az”a açıqlamasında "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xaricdə Azərbaycanla bağlı qeyri-senzuralı təbliğat aparan müəyyən radikal qruplar içində liberallaşma meyli var:

"Yəni, onlar əvvəlki kimi radikal formada çıxışlara, qeyri-etik yanaşmalara, Azərbaycan dövlətinin ünvanına xoşagəlməz bəyənatlara yol vermirlər. Hətta mövqeyini açıq şəkildə bildirənlər də var. Xaricdə fəaliyyət göstərən qruplar Azərbaycanda radikal müxalifətin bəlkə də bir ümid yeri olaraq zərbə mənbəyidir. Çünki həmin qrupun Əli Kərimli tərəfindən idarə olunduğuna dair çoxlu şübhələr var”.

A.Quliyev bildirib ki, xaricdəki qrupların nisbətən liberal mübarizə formasına keçməsi, bəzilərinin mübarizədən yayınması, hətta Azərbaycan hakimiyyətinin ünvanına dəstək xarakterli bəyənatlar səsləndirməsi ölkəmizdəki radikal partiyalara sərf etmir:

"Çünki bu partiyalar ölkənin daxilində sosial dəstəklərini son həddə qədər itiriblər. Ölkəmizdə yenidən siyasi zərbə mövqeyindən çıxış edə biləcəkləri ehtimalı demək olar ki, sıfıra bərabərdir. Belə şəraitlə əlbəttə onlar üçün xaricdəki zərbə qüvvəsini itirmək son dərəcədə ağıdır. Ona görə də Əli Kərimli başda olmaqla radikal qüvvələr xaricdəkilərin liberallaşma prosesindən məmnun deyillər. Hətta onlara münasibətdə təhqiramiz ifadə də işlədirlər. Bir vaxtlar onlardan öz oyunlarından bir vasitə kimi istifadə etdilər. Bu gün də onların mövqeyini hiss edən kimi təhqiramiz ifadələr səsləndirirlər. Çox güman ki, xaricdəki həmin radikal qrup bu cür bəyənatlara və çıxışlara kəskin reaksiyalarını bildirəcəklər”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu