Prezident İlham Əliyevə liderlərdən təbriklər gəlir



 İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
ONA xəbər verir ki, təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

Koreya Respublikasının Prezidenti Mun Ce-in də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deyilir: "Zati-aliləri.
28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm".

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: "Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu