Ayıq olmalıyıq: "Regiondakı gərginlik, rəsmi Bakının Aİ ilə birbaşa əməkdaşlıq formatına keçməsini zəruri edir"



"Mayın 13-də Brüsseldə Prezident İlham Əliyevin çox məhsuldar görüşləri oldu”.

Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

Siyasi şərhçi vurğulayıb ki, görüşlər zamanı gələcək əlaqələrin perspektiv inkişafı istiqamətində mühüm addımlar atıldı: 

"Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində zaman-zaman gərginlik yaşansa da, bu təşkilat ölkəmizə diqqətini əsirgəmir. 

Brüssel səfərinin ən mühüm cəhəti Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə aparılan tərəfdaşlıq sazişi ilə bağlı müzakirələr olub. Eyni zamanda dövlət başçısı İlham Əliyev bu görüşlər zamanı Dağlıq Qarabağ problemi ilə bağlı tərəfdaş ölkələri məlumatlandırıb. 

Azərbaycan hələ ki, Avropa ölkələri ilə daha çox, ikitərəfli əməkdaşlığa üstünlük verir. Lakin dünyada gedən proseslər və ətrafımızda baş verən hadisələr bizi bir qədər ayıq olmağa sövq edir. Regionumuzda yaranmış gərginlik və ehtimal olunan münaqişə Avropa İttifaqı ilə ikitərfli əməkdaşlıq formatından birbaşa əməkdaşlıq formatına keçməyi zəruri hala gətirir”.

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu