Məşhur futbolçu azarkeşləri Bakıya böyük finala çağırdı




"Barselona” və "Çelsi”nin sabiq futbolçusu Deku "Instagram” hesabı vasitəsi ilə azarkeşlərə müraciət edib.

Futbolçu Bakıda səhər yeməyindən sonra video paylaşıb.

"Salam, "Çelsi” azarkeşləri. Mən Bakıda səhər yeməyi yedim. Ümid edirəm ki, hər birinizi Bakıda böyük finalda görəcəm. Əminəm ki, "Çelsi” qalib gələcək”.

Xatırladaq ki, bundan əvvəl "Çelsi”nin sabiq futbolçusu, hazırda "Səbail” klubunda çıxış edən qanalı futbolçu Maykl Esyen və "Arsenal”ın sabiq futbolçusu Rober Pires analoji çağırış etmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu