İçində ağ zolaq olan pomidordan uzaq durun! - ZƏHƏRLƏYİR




Tovzuda kütləvi zəhərlənmə baş verib. Bir ailənin 4 üzvü zəhərlənib. Hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd sakinləri, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, onun həyat yoldaşı Məlahət Məmmədova, övladları - 2010-cu il təvəllüdlü Rəvan Əliyev, 2011-ci il təvəllüdlü Həsən Əliyev "balıq və pomidor" zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Onlara ilkin yardım göstərilib və vəziyyətləri ortadır. Həmin şəxslərin qidaları evdə qəbul etdikləri məlum olub.

Adətən pomidorların yetirişdirilməsində teftisitlərdən istifadə olunduğunu deyən həkim-allerqoloq Şahvələd Məmmədov "Sherg.az” deyib ki, təhlükəli qida zəhərlənmələri konserv məhsulların istifadəsi zamanı olur:

"Teftisitlər çox vaxt kimyəvi toksik maddələr kimi zəhərlənmə verir. Çox vaxt pomidorun özündə müəyyən xəstəlik mövcud olur. Bu zaman pomidorun içində ağ görüntülər, zolaqlar əmələ gəlir. Belə olan hallarda zəhərlənmə baş verir. Əslində belə zəhərlənmələr bir o qədər də təhlükə yaratmır. Ən təhlükəli zəhərlənmələr bağlı balonlarda olan pomidorların qəbulu zamanı olur. Belə məhsullar anayrob infeksiyalar yaradır. Bu infeksiya olduqca ağır fəsadlara səbəb olur. Yəqin ki Tovuzda kütləvi zəhərlənənləri ciddi nəsə gözləmir. Çünki ən təhlükəlisi bağlı, buğlanan, şişən balonlarda olan pomidorlardır. Həmçinin digər konserv məmulatları da ciddi infeksiyalar, zəhərlənmələrə səbəb ola bilər. Ümumiyyətlə, çalışmaq lazımdır ki, belə məhsullardan istifadə olunmasın”.

Yeganə Bayramova

Paylaş

Bizi Facebookda izləyin
menu
menu