Xəstəliyə dözmədi - Oğuzda qadın intihar edib




Oğuzda intihar hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, bu gün günorta saatlarında şəhər ərazisində təqribən 50-55 yaşlı qadın canına qəsd edib. 

Verilən məlumata görə, uzun müddət ağır xəstəlikdən əziyyət çəkən Təranə Baxşıyeva yaşadığı evdə özünü asıb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu