İsmayıllıda 100-dən artıq ağac kökündən çıxaraq aşıb - FOTO




"Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub”.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş güclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb:

"Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu