Külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırdı




İsmayıllıda güclü külək rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb.
"Sherg.az"ın məlumatına görə, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib.

Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayonun "RTS" adlanan ərazisində ikimərtəbəli inzibati binanın dam örtüyünə ziyan dəyib:

"Binada 4 məcburi köçkün ailəsi məskunlaşır. İkimərtəbəli inzibati binadır. Güclü külək nəticəsində dam örtüyünə ziyan dəyib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat vermişik".

R.Ağayev bildirib ki, rayon ərazisində fərdi yaşayış evlərinə ciddi ziyan dəyməyib:

"Əsasən külək ağacları aşırıb və elektrik enerji təsərrüfatına ziyan vurub. Hadisə nəticəsində 70-ə yaxın yaşayış məntəqəsinin elektrik enerjisi təminatında problem yaranmışdı. Artıq problem aradan qaldırılıb və bütün yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu