Rusiya KİV azərbaycanlı bloggerdən yazdı: Fuad Abbasov millətlərarası ədavət yaratmaqda təqsirləndirilir




Rusiya mətbuatı jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasovun həbs görüntülərini yayıb. Onun miqrasiya qanunvericiliyini pozduğu deyilir.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə , "Ren TV"-də yayılan görüntülərdə Fuadın əllərinə qandal vurulduğu, iki nəfər mülki geyimli şəxs tərəfindən polis avtomaşınına mindirildiyi nümayiş olunub.

Rusiya KİV-i F.Abbasovun Rusiyada milli zəmində münaqişələri qızışdırmaqda, millətlərarası dostluğu pozmaqda, ədavət yaratmaqda təqsirləndirildiyini yazıb.

Həmçinin "Ren TV"-də qeyd olunub ki, Fuadın düşmənləri onun populizm və təxribatla məşğul olduğunu söyləyiblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu