Goranboyda iki avtomobil toqquşub: yaralılar var




Goranboyda yol qəzası olub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, Xəyal Bağırovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə Bəxtiyar Musayevin idarə etdiyi "VAZ 2110" markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu