Narkotik alverçisi edam olunacaq




İndoneziyada 35 yaşlı Fransa vətəndaşı narkotik qaçaqmalçılığından dolayı edam cəzasına məhkum edilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Feliks Dorfin adlı şəxs turistik bölgə sayılan Lombik adasına təxminən 3 kiloqram müxtəlif tərkibli narkotik vasitə keçirmək istərkən hava limanında yaxalanıb.

Məhkəmə prosesi zamanı prokurorlar sözügedən şəxsin 20 il müddətinə həbs və 700 min ABŞ dolları miqdarında cərimə edilməsini istəsə də, yekunda Dorfin edam cəzasına məhkum edilb.

Qeyd edək ki, İndoneziya narkotik qaçaqmalçılığına qarşı ən sərt tədbirlər görən ölkələrdən biri kimi tanınır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu