Biz bacardıq: "Hətta ermənilər ən güclü ifanın və mahnının məhz Azərbaycana aid olduğunu söylədilər"




İsrailin Təl-Əviv şəhərində keçirilən "Eurovizion 2019"-un qalibi müəyyənləşib. Mahnı müsabiqəsinin qalibi 492 xal toplayan Niderland təmsilçisi Dunkan Lourens olub. Siyahıda 2-ci yerdə İtaliya, 3-cü sırada Rusiya qərarlaşıb. Azərbaycan isə 297 xalla 7-ci sırada qərarlaşıb.

Azərbaycandan İsrailə gedən Azərbaycan heyətinin üzvlərindən, "Evrovizion 2019"-un Azərbaycan şərhçisi Murad Arif «Şərq»ə açıqlamasında müsabiqə barədə fikirlərini səsləndirib: 

"Evrovizion" həqiqətən irimiqyaslı bir musiqi yarışıdır. Burada hər bir dövlətin iştirakçısı çalışır ki, ölkəsinə qalibiyyət gətirsin. Bir az da siyasi maraqlar səsvermələrə təsirini göstərir. Amma əsas bu da deyil. Vacib olan odur ki, bu müsabiqədə maraqlı performans sərgiləyə biləsən. Hətta birinci olmasan belə maraqla qarşılanasan. Mənə elə gəlir ki, builki yarışmada 

Azərbaycan həqiqətən maraqlı performans sərgilədi. Çingiz Mustafayev həqiqətən Azərbaycanı çox mükəmməl şəkildə təmsil etdi. İfası da, performansı da güclü idi. 

Bunu müsabiqəyə qatılan bir çox ölkələrin iştirakçıları etiraf etdilər. Hətta bilirsiz ki, ermənilər də Çingizə yaxınlaşaraq builki ən güclü ifanın və mahnının məhz Azərbaycana aid olduğunu söylədilər. Yenə deyirəm, vacib olan bu müsabiqədə ilk onluğa düşmək və maraqlı çıxış təqdim etməkdir. Azərbaycana qarşı bəzi haqsızlıqlar olsa belə biz Avropanın diqqətini özümüzə çəkə bildik. 

Final gecəsinə qədər də ordakı iştirakçılarla ünsiyyət zamanı, digər ölkələrin nümayəndə heyətləri ilə görüşlərimizdə də Azərbaycana olan hədsiz marağı hiss etmək mümkün idi. Azərbaycanla maraqlanırdılar. Bizim musiqimizlə, mədəniyyətimizlə tanış olmağa çalışırdılar. Bir sözlə, Azərbaycan bu müsabiqədə Avropanın diqqətində olan ölkələrdən biri idi. Önəmli olan bu diqqəti yarada bilmək idi, biz bunu bacardıq».

Tahirə Məmmədqızı

Paylaş

Bizi Facebookda izləyin
menu
menu