Sumqayıtda marşrut avtobusunun iştirakı ilə qəza oldu: xəsarət alanlar var




Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sülh küçəsində qeydə alınıb. "Hyundai” markalı avtomobil şirkətlərdən birinə məxsus yük avtomobili və daha sonra 9 nömrəli marşrut avtobusu ilə toqquşub. 

Zərbənin gücündən "Hyundai” markalı avtomobil tamamilə yarasız hala düşüb. Minik avtomobilində olan 2 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

Qəza nəticəsində Sumqayıtın əsas girişində tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu