Zelenski Ali Radanı buraxdı




Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın buraxılması barədə Fərman imzalayıb. Prezident həmçinin iyulun 21-də parlamentə növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Dövlət başçısının fərmanında bildirilir ki, Ali Radanın buraxılması qərarı 30 gün ərzində hakim koalisiyanın olmamasından irəli gəlib. (Ukrayna Konstitutsiyasının I hissəsinin II maddəsinin I bəndinə əsasən).

Zelenski hökumətə seçkilərin maliyyələşdirilməsini təmin etməyi tapşırırb. Sənəd dərc edildiyi gündən qüvvəyə minir.

Mayın 21-də Ukrayna prezidenti parlament fraksiyalarının rəhbərfləri ilə müşavirə keçirib. Müşavirədə növbədənkənar seçkilərin keçirilməsi məsələsi və seçkilərin gününün müəyyən edilməsi müzakirə olunub.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski andiçmə mərasimindən sonra etdiyi çıxışda yaxın zamanda Ali Radanı buraxacağını elan edib. O, Ukrayna parlamentindən deputat toxunulmazlığının ləğv olunması ilə bağlı qanun qəbul etmələrini tələb edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu