Moskva metrosundan insanların təxliyəsi başa çatdırılıb





Moskvada tuneldə dayanmış üç qatardan sərnişinlərin təxliyəsi başa çatdırılıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qatarların dayanmasına səbəb kimi kontakt relsində gərginliyin itməsi göstərilib. Nəticədə "Park Pobedı” dayanacağından "Savelovskaya” dayanacağınadək qatarların hərəkəti dayandırılmışdı. Üç qatarın birindən 300, digərindən 462, üçüncüsündən 400 nəfər təxliyə edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu